Qvardiola "Bavariya"dan getmə səbəbini açıqladı

Qvardiola "Bavariya"dan getmə səbəbini açıqladı
17:57 5 Yanvar 2016
29 İdman
Ölkə mətbuatı
A- A+

"Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandası ilə müqavilə yeniləməməsinin səbəbini açıqlayıb.


Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, ispaniyalı mütəxəssis bu addımını İngiltərə Premyer Liqasında çalışmaq istəməsi ilə əlaqələndirib:


"Bavariya" ilə müqavilə yeniləməməyimə səbəb İngiltərə Premyer Liqasında çalışmaq istəyimlə bağlıdır. Hələlik, harada işləyəcəyimə qərar verməmişəm. Lakin artıq özümü yeni ölkədə sınamaq istəyirəm. Bir klubda üç il çalışmaq mənim üçün kifayətdir. Bu səbəbdən də mövsümün sonunda "Bavariya"dan ayrılmağa qərar verdim".


Qeyd edək ki, mövsümün sonunda "Bavariya"dan ayrılacaq Qvardiolanı Münhen təmsilçisində Karlo Ançelotti əvəzləyəcək. Qvardiolanın isə karyerasını "Mançester Siti"də davam etdirəcəyi iddia olunur.  


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qvardiola-quotbavariyaquotdan-getm-sbbini-acqlad-t46585.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR