“İnteryerdə qeyri-ailə portreti” tamaşası yenidən nümayiş olunacaq

“İnteryerdə qeyri-ailə portreti” tamaşası yenidən nümayiş olunacaq
17:58 5 Yanvar 2016
20 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Yanvarın 7-də Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında O.Yernevanın pyesi əsasında səhnələşdirilmiş “İnteryerdə qeyri-ailə portreti” tamaşasının premyerası olacaq.
Teatrdan AZƏRTAC-a bildiriblər ki, tamaşada əsas rolları Xalq artistləri Səfa Mirzəhəsənov, Məbud Məhərrəmov, Əməkdar Artist Yevgeniya Nevmerjitskaya, aktyorlar Əsgər Rəhimov, Mədinə Mulayeva ifa edəcəklər.
Səhnə əsərinin quruluşçu rejissoru, Xalq Artisti, teatrın baş rejissoru Aleksandr Şarovskidir.
Qeyd edək ki, gözlənilməz sonluqla bitən komediya janrında olan tamaşa məhəbbətdə yaşın heç bir fərq daşımadığından və tənha qalmağın insan üçün heç də yaxşı olmamasından bəhs edir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Interyerde_qeyri_aile_portreti_tamasasi_yeniden_numayis_olunacaq-916233

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR