Xəzər Universitetinin iki magistr proqramı dünya universitetlərinin reytinqində yer alıb

Xəzər Universitetinin iki magistr proqramı dünya universitetlərinin reytinqində yer alıb
18:08 5 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Xəzər Universitetinin iqtisadiyyat və menecment fakültəsinin magistr dərəcəsi verən iki ixtisası Avrasiya və Orta Şərq regionunda ümumi idarəetmə və iqtisadiyyat bölmələri üzrə yer alıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, hər iki ixtisas ilk onluğa daxil edilib.
Qeyd edək ki, beynəlxalq “Eduniversal Qiymətləndirmə Sistemi” hər il dünya universitetlərinin ən yaxşı magistr proqramlarını dəyərləndirir.
Xəzər Universitetinin yer aldığı siyahıları bu linklərdən izləmək olar:
http://www.best-masters.com/ranking-master-economics-in-eurasia-and-middle-east.html;
http://www.best-masters.com/ranking-master-general-management-in-eurasia-and-middle-east.html.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR