Qar bərəkət yox, ziyan gətirdi

Qar bərəkət yox, ziyan gətirdi
18:12 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Qar Göyçay rayonunda bir sıra fəsadlar törədib

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Göyçaya yağan qar rayonun bir neçə kəndində təsərrüfat sahələrini yararsız hala salıb. Dam örtükərinin qırılması ilə yanaşı həyətyanı sahələrdəki yardımçı binaların uçmasına da səbəb olan qar istixana şəraitində yetişdirilən pomidor şitillərinə də ciddi ziyan vurub.

İstixanaların üzərinə çəkilən sellofan örtüklər qarın ağırlığına dözməyərək yararsız hala düşüb. Bəzi fermerlərə 3000 manatdan yuxarı zərər dəyib. "Üç dənə bax belə istixanamız var. Hamısı bu gündədir. Bizə 3000-5000 civarında ziyan dəymişdir. Bizim ruzimiz pomidor məhsulundandır. Fəlakətin nəticəsində biz pis vəziyyətdəyik", - deyə kənd sakini Bəxsus Hacıyev bildirib.

Bəzi istixanalar bütövlükdə çöküb. Kənd sakinlərinin sözlərinə görə, yağan qarın hündürlüyü 25-30 santimetrə çatıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395473.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR