“Facebook”un rəhbəri Mark Zukerberq bu il robot yaradacaq

“Facebook”un rəhbəri Mark Zukerberq bu il robot yaradacaq
18:13 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
“Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberq bu il robot yaradacağını bildirib: “2016-cı ildə evimi idarə edən və işimdə mənə kömək edəcək sadə bir robot yaradacam”.
AZƏRTAC xəbər verir ki, bu barədə M. Zukerberq özünün “Facebook” səhifəsində məlumat verib.
M. Zukerberq qeyd edib ki, hazırda mövcud olan texnologiyaları öyrənir. Sonra yaradacağı robota süni intellekt sistemlərini tətbiq edəcək. Nəticədə robot M.Zukerberqin və onun evinə zəng vuran dostlarının səsini tanıyacaq, evi idarə edə biləcək və s. işləri yerinə yetirəcək.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Facebookun_rehberi_Mark_Zukerberq_bu_il_robot_yaradacaq-916241

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR