"Azərbaycan Dəmir Yolları" QSC "S&P"-nin xidmətindən imtina edib

18:22 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Qeyd edək ki, "S&P" 2015-ci il dekabrın 15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin kredit reytinqini "BB-", proqnozunu isə "neqativ"  səviyyəsinə endirib. Buna səbəb şirkətin borc öhdəliyinin icrasını 3 gün gecikdirməsi olub.
Xatırladaq ki, bu yaxınlarda "Azərbaycan Dəmir Yolları"nın sədri Caviq Qurbanov şirkətin reytinqin aşağı salınmasına əhəmiyyət vermədiyini qeyd edib. "Özümüz, iqtisadiyyatımız güclü olandan sonra reytinq də düzələcək. Çalışacağıq düzəldək".
Digər reytinq agentlikləri ilə əməkdaşlığın mümkünlüyünə gəldikdə isə C.Qurbanov bunu isitsna etməyib: "Kim bizlə əməkdaşlıq etmək istəyirsə, qapımız hamıya açıqdır".

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycan-demir-yollari-qsc-s-p-nin-xidmetinden-imtina-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR