Bakıdan dərman aldı, heyvanları qırıldı

Bakıdan dərman aldı, heyvanları qırıldı
18:27 5 Yanvar 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

İmişli rayonunun Şirin Qum adlanan ərazisində xırdabuynuzlu heyvanlara verilmiş dərman onların tələfatı ilə nəticələnib.

Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Laçın rayonundan məcburi köçkün İsak Rüstəmov deyir ki, həmin dərmanı Bakı şəhərindəki baytar apteklərindən birindən alıb gətirib. Lakin təlimata uyğun formada ümumilikdə 170 baş xırdabuynuzluya verilmiş dərman əks-təsir göstərib. Elə bundan sonra da heyvanlarda ardıcıl şəkildə məhv olma halları qeydə alınıb.

"50-dən artıq qoyunumuz ölüb. Onu hardasa, 15-i boğazdı qarnında balası, 20-sinin də balası yetim qalıb", - fermer İsak Rüstəmov vurğulayıb. Təsərrüfat sahibi bildirib ki, həmin dərmandan verilməyən heyvanlarda ölüm halı qeydə alınmayıb.

Laçın rayon Kamallı Baytar məntəqəsinin müdiri Elsevər Ağayev faktı təsdiqləyib. Məntəqə müdirinin sözlərinə görə, heyvanlara parazitar-qurdlar əleyhinə verilmiş həmin dərmanın tərkibi fərqli olub. Elə ona görə də heyvanların zəhərlənməsi ilə nəticələnib. Elsevər Ağayev bununla bağlı aidiyyəti strukturlara məlumat verildiyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/395475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR