5 yeniyetmə oğru saxlanıldı - FOTO

5 yeniyetmə oğru saxlanıldı - FOTO
18:27 5 Yanvar 2016
26 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları oğurluqda şübhəli bilinən 5 yeniyetməni saxlayıblar. Saxlanılan şəxslər Lənkəran sakinləri - 1999-cu il təvəllüdlü Taleh Heydərov, onun həmyaşıdı Vüsal Quluzadə, 1998-ci il Famil Rzazadə, Bakı sakinləri - 1998-ci il təvəllüdlü Nihad Məmmədov, 1999-cu il təvəllüdlü Ağa Rzayevdir. Araşdırmalar zamanı məlum olub ki, onlar ayrı-ayrı zamanlarda Lənkəran şəhəri, Nizami küçəsindəki qəzet köşkündən 600 manat dəyərində tütün məmulatları, 130 manat dəyərində mobil danışıq kartları və 70 manat nağd pul götürüblər.

Milli.Az CTV-yə (Region TV) istinadən xəbər verir ki, daha sonra isə müxtəlif vaxtlarda ayrı-ayrı mağazalardan nağd pul, ərzaq məhsulları, gümüş üzük və bilərziklər və digər aksesuarları oğurlayıblar. Dəstə üzvləri, həmçinin Lənkəran şəhərindəki "Ovçular" mağazasına giriş qapısının üzərində olan dəmir jalüzü açaraq, oradan dəyəri 2100 manat olan iki ədəd ov silahını oğurlayıblar. Saxlanılaraq istintaqa cəlb olunan Rzayev Ağa Zakir oğlu, Məmmədov Nihad Süleyman oğlu, Quluzadə Vüsal Elman oğlu, Rzazadə Famil Allahverdi oğlu və Bədəlov Taleh Heydər oğlu törətdikləri əməlləri etiraf ediblər.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/395478.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR