Şamaxıda bəzi yollar bağlanıb

Şamaxıda bəzi yollar bağlanıb
18:32 5 Yanvar 2016
27 Digər
Ölkə mətbuatı
A- A+

Ötən günlərdə şimal-qərb bölgəsinə düşən qar özü ilə bəzi problemlər gətirib. Bəzi dağlıq rayonlarda yolların buz bağlaması nəqliyyatın hərəkətini iflic edib.

Milli.Az Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, Şamaxıda bəzi ucqar yaşayış məntəqələrinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Güclü qar bəzi istiqamətlərdə nəqliyyatın hərəkətində böyük problemlər yaradıb. Hazırda Şamaxının 10 kəndi ilə nəqliyyat əlaqəsi, demək olar ki, kəsilib. Bu istiqamətdə hərəkət edən sürücülər geri qayıtmaq məcburiyyətində qalıb.

Magistral yollarda da avtomobillərin hərəkətində çətinliklər yaşanıb. Yolların həddindən artıq sürüşkən olması qəza təhlükəsi yaradıb.

Yollar qar və buzdan təmizlənsə də, təkrar yağan qar çəkilən zəhmətin nəticəsiz qalmasına səbəb olub. Bundan başqa, güclü külək yol kənarlarına toplanan qarı yenidən avtomobillərin hərəkət zolağına yayıb. Bu da avtomobillərin hərəkətinə maneə yaradıb.

Bəzi avtomobillər yolda qalıb. Bu vəziyyətdən çıxış yolu kimi bəzi sakinlər alternativ vasitələrdən istifadə edirlər. Texnikanın hərəkət edə bilmədiyi yollarda indi xizəklə gedən insanları görmək mümkündür.

Rayonun dağlıq ərazilərinə 50-60 santimetr qar düşüb. Şamaxı Yol İstismar İdarəsindən verilən məlumata görə, hazırda qurumun canlı qüvvəsi və texnikası magistral yollarda təmizlik işlərinə cəlb olunub. Bu səbəbdən növbəti günlərdə sözü gedən istiqamətdə hərəkətin bərpa olunması mümkünsüzdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395477.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR