Vüqar Zifəroğlu: “Səudiyyə-İran qarşıdurmasına sünni-şiə çəkişməsi prizmasından baxmaq yanlışdır”

Vüqar Zifəroğlu: “Səudiyyə-İran qarşıdurmasına sünni-şiə çəkişməsi prizmasından baxmaq yanlışdır”
18:34 5 Yanvar 2016
68 Dünya
Ölkə mətbuatı
A- A+

Vüqar Zifəroğlu , "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri 

 

Mövzu: Səudiyyə - İran qarşıdurması
 
 
"İran-Səudiyyə Ərəbistanı arasında baş verən proseslərə sunni-şiə qarşıdurması kimi baxmaq yalnışdır"

"İran-Səudiyyə Ərəbistanı münasibətini təkcə bu edamla məhdudlaşdırmaq olmaz, bundan əvvəl də İran Səudiyyə Ərəbistanın üstünə yürüyüb"

"İran-Qərb yaxınlaşması Səudiyyə Ərəbistanını daha radikal, adevkat addımlar atmağa məcbur etdi"

"İran da, Səudiyyə Ərəbistanı da bölgədə lider ölkələrdir, biz ənənəvi fars-ərəb qarşıdurmasının şahidi olmaqdayıq"

"İran-Səudiyyə Ərəbistanı qarşıdurması, Yaxın Şərqdə liderliyə sahib olmaq istəyən iki dövlətin qarşıdurmasıdır"

"Bu qarşıdurma indiki məqamda müəyyən qədər neftin qiymətinin artımına səbəb olsa da, sonra neftin kəskin düşməsi ilə nəticələnə bilər"

"Səudiyyə Ərəbistanı nəticələrini özü üçün hazırlayıb və düşünülmüş addım atıb"

"Edamla bağlı ABŞ-ın açıq şəkildə mövqe göstərməməsindən bilinir ki, o ənənəvi mütəffiqinin yanındadır"

"İran-Səudiyyə Ərəbistanı qarşıdurması Avropaya yayılaraq çox təhlükəli məcraya qədəm qoya bilər"

"İran-Səudiyyə Ərəbistanı qarşıdurması 2-3 ilin qarşıdurması deyil, bu, tarixi kökə malik münaqişədir"

”"Ərəb baharı”ndan sonra ərəblərin başı bu xaosun gətirdiyi problemlərə qarışanda, İran mövqelərini gücləndirməyə çalışırdı"

"Bu qarşıdurmaya Yaxın Şərqin özlərinin geosiyasi məqsədlərini ortaya qoyan qarşıdurma kimi baxmaq lazımdır"

"Yaxın Şərqdə aktiv olan ölkələrin toqquşması Qərbin həmişə maraqlarına cavab verir"

"Ərəb ölkələrinin İrana və Rusiyaya qarşı münasibətində heç bir fərqlilik yoxdur"

"Avropa sırf iqtisadi maraqlarını güdür və məsələyə bu kontekstdə yanaşır"

"İranla Türkiyə, Suriya məsələsinə görə yola getmir, bu məsələ Türkiyə üçün prinspialdır"

 

"İran Səudiyyə Ərəbistanına və ya Səudiyyə Ərəbistanı İrana müharibə elan etməyəcək, amma üstüörtülü müharibə aparılacaq"

"Terrorun içində batan Yaxın Şərq ölkələrinin hamısı itirəcək, bu tendensiya Orta Şərqə də sıçraya bilər"

"İsrail-Səudiyyə Ərəbistanı arasında münasibətlər həmişə müsbət məcrada olub və əslində bu qarşıdurma İsrailin də maraqlarına xidmət edir"

"İŞİD-i hədəf kuklaya çeviriblər, Əsəd isə burada bir prizdir"

"Sözdə hamı üçün hədəf İŞİD-dir, amma hər bir ölkənin öz maraqları var"


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227585

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR