“Neft Daşları” yatağında yeni quyu qazılır

“Neft Daşları” yatağında yeni quyu qazılır
18:48 5 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
“Neft Daşları” yatağındakı 418A nömrəli estakadayanı meydançadan 2617 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks qazma işləri tresti tərəfindən qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1070 metrdir. Quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR