SOCAR 2015-ci ildə 965,7 min tondan çox dizel yanacağı ixrac edib

SOCAR 2015-ci ildə 965,7 min tondan çox dizel yanacağı ixrac edib
19:18 5 Yanvar 2016
12 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) marketinq və iqtisadi əməliyyatlar idarəsi 2015-ci ilin dekabrında 91 min 315 ton dizel yanacağı, 8 min 52 ton təyyarə yanacağı, 8 min 598 ton yüksək təzyiqli polietilen, 1294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac edib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2015-ci ildə ümumilikdə 965 min 788 ton dizel yanacağı, 236 min 532 ton təyyarə yanacağı, 280 ton soba mazutu, 8 min 598 yon yüksək təzyiqli polietilen, 1294 ton mütləqləşdirilmiş izopropil spirti, 9 min 339 ton maye piroliz qətranı, 1981 ton propilen və 2 min 400 ton butilen butadien fraksiyası ixrac olunub. 2015-ci ilin dekabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 437,45 dollar, təyyarə yanacağının qiyməti - 362,95 dollar, dizel yanacağının qiyməti - 328,74 dollar, 1 faiz kükürdlü mazutun qiyməti isə 164,85 dollar təşkil edib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/SOCAR_2015_ci_ilde_9657_min_tondan_chox_dizel_yanacagi_ixrac_edib-916262

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR