Mayk Tayson özünün "Bitcoin-pul kisəsi"ni buraxıb

Mayk Tayson özünün "Bitcoin-pul kisəsi"ni buraxıb
19:23 5 Yanvar 2016
24 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Sabiq boksçu Mayk Tayson "Bitcoin Direct" şirkəti ilə əməkdaşlığı çərçivəsində özünün xüsusi "Bitcoin-pul kisəsi"ni istifadəyə verib.
AZƏRTAC psm7.com saytına istinadla xəbər verir ki, yeni "Bitcoin-pul kisəsi" Gildera birjası vasitəsilə bitkoin almaq və satmaq imkanı verir. Bundan əlavə, istifadəçilər öz valyutalarını istənilən Bitcoin-bankomatlarda saxlaya bilərlər.
"Dəmir" Maykın "Bitcoin-pul kisəsi"ndən iOS və Android istifadəçiləri yararlana bilərlər. Qeyd edək ki, 2015-ci ilin yayında Mayk Tayson Las-Veqasda öz Bitcoin-bankomatını təqdim etmişdi.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR