Məktəb rəhbərlərinin hazırlanması təlimlərinə başlanılır

Məktəb rəhbərlərinin hazırlanması təlimlərinə başlanılır
19:23 5 Yanvar 2016
46 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
Təhsil naziri Mikayıl Cabbarov “Ümumi təhsil müəssisələri rəhbərlərinin hazırlanması və seçimi üzrə müsabiqənin keçirilməsi barədə” əmr imzalayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, əmrə əsasən, Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Xızı, Göygöl, Samux, Goranboy və Daşkəsən rayonlarında ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinin tutulmasının müsabiqə yolu ilə həyata keçirilməsi qərara alınıb. Yeni müsabiqə mexanizminin tətbiqi sayəsində cari ilin yanvarından Sumqayıt və Gəncə şəhərlərində qeyd edilən şəhər və rayonlar üzrə məktəb rəhbərlərinin hazırlanması təlimləri təşkil olunacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR