Çexiya Moravski Krumlov şəhərinin qəsrini hərraca çıxarıb

Çexiya Moravski Krumlov şəhərinin qəsrini hərraca çıxarıb
19:33 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Praqa, 5 yanvar, AZƏRTAC
Moravski Krumlov şəhərinin qəsri hərraca qoyulub. Tarixi obyektin başlanğıc qiyməti 14 milyon krondur (təxminən 400 min avro). Hərracda şəhər meriyası iştirak edəcək. Meriya ümid bəsləyir ki, qəsri uğurla alacağı təqdirdə ondan sənət əsərlərinin, o cümlədən əvvəllər orada saxlanmış Alfons Muxanın “Slavyan epopeyası” monumental əsərinin nümayiş olunduğu sərgi kompleksi kimi istifadə edilməsini davam etdirəcək.
Bina hazırda çətin maliyyə durumunda olan “Reality MK” şirkətinə məxsusdur. Qədim qalanın yerində intibah üslubunda ucaldılmış qəsr Cənubi Moraviyanın əsas tarixi-memarlıq abidələrindən biridir. 1537-ci ildə İsveçrə həkimi, filosof və intibah dövrünün əlkimyagəri Paratsels qəsrə baş çəkib. Yerli hakimiyyət orqanları obyektin yenidən qurulmasını başa çatdırmağı planlaşdırır. Hazırda binanın ancaq bir hissəsi bərpa edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR