Zukerberq yenə təəccübləndirdi (VİDEO)

Zukerberq yenə təəccübləndirdi (VİDEO)
19:36 5 Yanvar 2016
28 Digər
Ölkə mətbuatı
A- A+

Facebookun qurucusu Mark Zukerberq “Dəmir Adam” filmindəki, Jarvis adlı robotdan ilhamalanaraq, yeni robot hazırlamağı planlaşdırır.

ANS PRESS-in məlumatına görə, bu planı haqda məlumat verən Zukerberq həmin filmdə olduğu kimi həyatına nəzarət edə bilməsi üçün robot hazırlayacağını bildirib: ”2016-cı ildə evimi idarə edəcək və işlərimdə mənə yardım edən sadə bir robot hazırlayacağam. Bu robot "Dəmir Adam" filmindəki Jarvis kimi olacaq”.


“Dəmir Adam” filmindəki robot.

Mövcud texnoloji yeniliklərə əsaslanaraq hazırlayacağı robota evindəki hər şeyi idarə edə bilməsi üçün öz səsini tanıtmağı da planlaşdırır. Həmçinin bu robot evinə gələn dostlarını da üzdən tanımaq kimi imkanlara sahib olacaq.



Bu yaxınlarda qız atası olan internet dahisi misilsiz bir xeyirxahlığa imza atması ilə gündəmə gəlib. Belə ki, Zukerberq və həyat yoldaşı Çan Pristsilla “Facebook”a aid səhmlərin 99%-ni “Çan-Zukerberq Təşəbbüsü” adlı fonda bağışlayıblar. Bu səhmlərin dəyərinin 45 milyard dollar olduğu bildirilir.


Zukerberqlər ailəsi

Mark bildirib ki, “Çan Zukerberq Təşəbbüsü”nün əsas hədəfi, insan potensialının tərəqqisi və bütün uşaqlar üçün bərabərliyin bərqərar olmasıdır. Əsas maliyyə vəsaiti, təlim-tədris, müalicə, insanlar arasında əlaqələrin inkişafı və daha güclü icmaların qurulmasına yönələcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368901

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR