Helikopter qəzaya uğradı

Helikopter qəzaya uğradı
20:05 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın cənubunda Gilmendə əyalətində helikopter qəzaya uğrayıb.

Report xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb. Məlumata görə, hadisə qurbanı və xəsarət alanlar barədə informasiya yoxdur. İlkin məlumata əsasən, helikopter hökumət qüvvələrini dəstəkləyən xarici hərbçilərə aiddir.

Qeyd edək ki, bu, yeni ildə qəzaya uğrayan ikinci helikopterdir. Birinci hadisə yanvarın 3-də baş verib. Onda ölkənin şərqində yerləşən Loqar əyalətində "Mi-17" helikopteri qəzaya uğramışdı. Həmin olay nəticəsində 3 hərbçi həyatını itirmiş, ikisi isə yaralanmışdı.
Qəzanın texniki nasazlıqdan baş verdiyi bildirilib. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395488.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR