İrandan BMT-yə Səudiyyə etirafı

İrandan BMT-yə Səudiyyə etirafı
20:11 5 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

Rəsmi Tehran Səudiyyə Ərəbistanı səfirliyinə hücuma görə təəssüfləndiyini bildirib.

ANS PRESS-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi İranın Birləşmiş Millətlər Təşkilatının nümayədəsi Qulaməli Xoşrunun baş katib Pan Gi Muna göndərdiyi məktuba istinadla xəbər verir.

Xoşru biildirib ki, İran beynəlxalq hüquq normalarına hörmət edir. Onun sözlərinə görə, İran hakimiyyəti günahkarların cəzalandırılması üçün hər şeyi edəcək.

İran prezidenti Həsən Ruhani isə bildirib ki, Səudiyyə Ərəbistanı diplomatik əlaqələri kəsməklə "törətdiyi cinayəti" gizlədə bilməyəcək.


Qulaməli Xoşru - İranın BMT-dəki nümayədəsi


İki ölkə arasında münasibətlər Səudiyyə Ərəbistanında şiə təriqətindən olan alim Nimr əl-Nimr də daxil olmaqla "terrorçuluq və ona təhrikçilikdə" ittiham olunan 47 nəfərin edam edilməsindən sonra gərginləşib.

Yanvarın 3-də gecə saatlarında Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrin kəsildiyini bəyan edib.

Səudiyyə Ərəbistanı daxil olmaqla Bəhreyn, Sudan, Küveyt İranla diplomatik əlaqələri kəsib, Birləşmiş Ərəb Əmirlikləri isə Tehrandakı səfirini geri çağırıb.


Səudiyyə Ərəbistanının İrandakı səfirliyinə hücum


Malayziya isə Yaxın Şərqdə baş verənlərdən narahat olduğunu bildirib və İrandan öz diplomatlarının təhlükəsizliyini təmin etməyi tələb edir. Türkiyə ölkələri diplomatik dildə danışığa çağırıb, Rusiya isə vasitəçilik təklif edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR