"Türkiyə son 1 il ərzində yanıb rəsmən kül oldu...." - FOTO

"Türkiyə son 1 il ərzində yanıb rəsmən kül oldu...." - FOTO
20:47 5 Yanvar 2016
63 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyət göstərən Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə "Oskar" almaq niyyətindədir.

Qafqazinfo-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, N.Cavadzadə bu arzusunu Türkiyə kimi başıbəlalı ölkədə həyata keçirməyin çox çətin olduğunu bildirib:

"Çox xəyalpərəstəm. Heç vaxt xəyallarımın gerçək olub-olmadığını düşünməmişəm və başqalarının da mənim bu istəyimi sorğu-sual etmələrinə icazə verməmişəm. Yaxınlarım məni həmişə bu mövzuda dəstəkləyib. Məsələn, son iki ildir ki, "Oskar alacağam" deyirəm. Və heç kim də mənə "sərsəmləmə" demir. Önəmli olan xəyalların böyük olmağıdır.

Türkiyədə qalaraq, sanki, bir az aşağı doğru gedirik. Son 1 il ərzində ölkə yanıb rəsmən kül oldu. Belə bir məkanda böyük cümlələr qurmaq və ya xəyalpərəst olmaq çox çətindir. Bəzən burda nəfəs almaqdan belə utanırsan... Lakin incəsənətlə məşğul olan hər kəs bir az inadkar olmalı və həyata meydan oxumalıdır".

Aktrisa fəaliyyətini Türkiyə daxilində davam etdirəcəyini də vurğulayıb:

"Dəfələrlə demişəm ki, Türkiyəni, İstanbulu dəlilər kimi sevirəm. Burada dünyaya göz açıb-böyüməmişəm. 11 yaşında Bakıdan bu ölkəyə gəldim. Lakin bu ölkənin insanlarını, mədəniyyətini çox sevdim. Başqa bir ölkədə yaşaya bilmərəm. İş olduqca xaricə gedib işləyib gələcəm. Türkiyə məni çox gözəl böyüdüb. Burada özümü daha dəyərli hiss edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/395495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR