Almaniya Hərbi Hava Qüvvələri İŞİD-ə qarşı mübarizəni gücləndirirlər

Almaniya Hərbi Hava Qüvvələri İŞİD-ə qarşı mübarizəni gücləndirirlər
21:03 5 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+


Berlin, 5 yanvar, AZƏRTAC
dpa agentliyi xəbər verir ki, İŞİD-ə qarşı hava kəşfiyyatı əməliyyatlarında iştirak etmək üçün dörd Tornado təyyarəsi Almaniya aviabazalarından havaya qalxıb. Təyyarələrin ikisi Almaniya Hərbi Hava Qüvvələrinin Şlezvinq-Qolşteyn federal əyalətindəki Yagel aviabazasından, qalan ikisi Büxeldəki (Reynland-Pfalts) bazasından havaya qalxıb. Bu təyyarələr Türkiyədəki İncirlik hərbi bazasına istiqamət götürüb.
Bir gün əvvəl hərbi aerobus kəşfiyyat missiyasına qatılmaq, habelə bundesverin yanacaqdoldurma təyyarəsinə xidmət etmək üçün Türkiyə bazasına 140 alman əsgəri çatdırılıb.
Dekabrın ortalarında Yaqel aviabazasından havaya qalxan ilk iki təyyarə yaxın günlərdə Almaniya qayıtmalıdır. Bu ayın ortalarında onları əvəzləmək üçün daha iki kəşfiyyatçı təyyarə İncirliyə göndəriləcək. Beləliklə, İŞİD-ə qarşı mübarizədə iştirak edən Almaniyaya məxsus təyyarələrin sayı altıya çatacaq və bundesver tam həcmdə əməliyyata başlayacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Almaniya_Herbi_Hava_Quvveleri_ISID_e_qarsi_mubarizeni_guclendirirler-916300

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR