Xınalıq yolu 5 gündür ki, bağlıdır - VİDEO

Xınalıq yolu 5 gündür ki, bağlıdır - VİDEO
21:12 5 Yanvar 2016
36 Digər
Ölkə mətbuatı
A- A+

5 gün əvvəl güclü qar səbəbindən bağlanan Quba-Xınalıq yolu hələ də açılmayıb. Yol istismar idarəsindən bildirilib ki, yol təmizlənsə də, qar uçqunlarına görə yenidən bağlanır. Yollardakı buzlaşmaya görə isə 30-dan artıq kənd ilə nəqliyyat əlaqəsi kəsilib.

Milli.Az XəzərXəbər-ə istinadən bildirir ki, bir neçə gün əvvəl yağan güclü qarın fəsadları Qubada hələ də davam edir. Qar rayondakı bütün yollarda, o cümlədən Quba-Xınalıq yolunda ciddi problemlər yaradıb. 5 gündür Xınalığa gedən yol bağlıdır. Hazırda həmin istiqamətdə texnikalar işləsə də, qar uçqunları səbəbindən yolu təmizləmək mümkün olmayıb.

Güclü qar Quba avtovaqzalının da işində çətinlik yaradıb. 30-dan artıq kəndlə, eləcə də Xudat şəhəri ilə marşurut əlaqəsi kəsilib.

Quba Hidrometrologiya Müəssisəsindən verilən məlumata görə, ən çox qar Xınalıq və Ləzə kəndlərinə yağıb. Bu kəndlərdə qarın qalınlığı 70 sm olub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/395469.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR