Alişanı qarət etdilər, manatlarını apardılar

Alişanı qarət etdilər, manatlarını apardılar
21:22 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Alişan model-aparıcı Çağla Şikelin ad günündən çıxarkən soyulub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, portmonesi oğurlanan ifaçı yalnız evə qayıtdıqdan sonra bundan xəbər tutub.

Plastik kartları və şəxsiyyət vəsiqəsi itən Alişanın pul kisəsində 400 dollar, 50 Azərbaycan manatı və 20 funt-sterlinq olub.
 
Polisə müraciət edən sənətçi bu barədə qəzet elanı da verdirib. Bir gün sonra isə mağaza sahiblərindən biri Alişanın içərisində şəxsiyyət vəsiqəsi olan portmanetini taparaq özünə təhvil verib. Müğənninin pulları isə pul kisəsində olmayıb.

Vəziyyətlə bağlı Alişan "Pul oğrulayana halal olsun. Heç olmasa, şəxsiyyət vəsiqəsini və kartları qaytara bildik" deyib.
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR