"Başqa yerdə yaşaya bilmərəm, bu ölkənin insanlarını sevirəm"

"Başqa yerdə yaşaya bilmərəm, bu ölkənin insanlarını sevirəm"
21:26 5 Yanvar 2016
54 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəzrin Cavadzadə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, çəkildiyi filmlərdən bəhs edən aktrisa sonuncu layihəsi “Legends”də yaradığı xarakterdən bəhs edib. Sin Binlə baş rolu paylaşan Nəzrin çəkiliş zamanı müsəlman olduğu üçün ona qarşı hər hansı bir ayrı-seçkilik edilmədiyini deyib:
 
“Müsəlman olmağımla bağlı heç bir mənfi reaksiya hiss etmədim. Son altı ayda həm bizim ölkədəki terror hücumları, həm də Parisdə baş verənlər göstərir ki, hər yerdə bir düşmənçilik hakimdir”.

Aktrisa ən böyük xəyalının “Oskar” almaq olduğunu bildirib:
 
“Mən çox güclü xəyalpərəstəm. Bu isə heç vaxt məni peşman etmədi. Heç vaxt xəyallarımın real olub-olmayacağı ilə bağlı düşünmədim. Onsuz da, doğmalarım hər zaman mənə dəstək oldular. Son iki ildir ki, “Oskar” alacağam” deyirəm. Heç kim də mənə “boş xəyal qurma” demir. Önəmli olan, xəyalların böyük olmasıdır. Türkiyədə qalaraq, sanki bir az aşağı doğru çəkilirik. Son bir ildə ölkə, onsuz da yanıb kül olub. Belə bir mühitdə xəyalpərəst olmaq çox çətindir. Bəzən nəfəs almağa belə utanırsan. Ancaq digər tərəfdən də sənətlə məşğul olan hər kəsin inadcıl olması və hər şeyə meydan oxuması lazımdır. Mən də son bir ildə belə bir yola addım atmışam. Əslində hər şey istək qığılcımı ilə başlanır. Əlbəttə, bu bir qədər vaxt alır. Hər şey ruhla əlaqəlidir və bunu itirməmək çox vacibdir”.

N.Cavadzadə “Bir çox xarici layihələrdə çəkilmisiniz. Bu işi xaricdə davam etdirmək fikriniz olub” sualına belə cavab verib:

“Mən Türkiyəni çılğıncasına sevirəm. Burada doğulub-böyümədim. 11 yaşımda Bakıdan bu ölkəyə gəldim. Ancaq bu ölkənin insanlarını və mədəniyyətini sevirəm. Başqa yerdə yaşaya bilmərəm. İş olarsa, xaricə gedib çalışaram. Türkiyə məni çox gözəl böyütdü, sinəsinə yatırdı. Burada özümü daha dəyərli hesab edirəm”.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=43676

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR