"Qanuni oğrular" yeni "razborka"lara hazırlaşır (VİDEO,FOTO)

"Qanuni oğrular" yeni "razborka"lara hazırlaşır (VİDEO,FOTO)
21:31 5 Yanvar 2016
279 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtı Moskvada “Alik Krasnodarskiy” ləqəbli “kriminal avtoritet” Roman Rasoyev vəhşicəsinə döyülüb.

ANS PRESS-in məlumatına görə, Rasoyev məşhur kriminal avtoritet, yezdi kürdü Aslan Usoyanın qohumudur. “Alik Krasnodarskiy”ni döyən isə bir müddət əvvəl “Seryoja Bentley” ləqəbli avtoritet Sergey Asatryanı xəstəxanalıq edən dağıstanlı tanınmış kriminal avtoritet Amir olub. Dava zamanı dağıstanlı avtoritet də ciddi zədələr alıb.

Hüquq-mühafizə orqanlarında olan mənbənin verdiyi məlumata görə, “Alik Krasnodarskiy”in döyülməsi uzun əhvalatdır. Məsələnin kökü dağıstanlı biznesmenlərin nəzarətində olan banklardan birinin Rusiya Mərkəzi Bankı ilə problemi yaranmasından qaynaqlanıb.

Kommersantlar problemi həll etmək üçün Roman Rasoyevə müraciət edib. Roman dostu Racin Mehrəliyev adlı avtoritetlə (“Racik Nijnevartovskiy”) bu iş üçün 50 milyon rubl istəyib. Biznesmenlər pulu versə də tezliklə Mərkəzi Bank həmin bankın lisenziyasını ləğv edib. Bankın sahibləri aldadıldıqlarından kriminal aləmdəki kuratorları Amirə müraciət ediblər. Amir Aliklə Racikə pulu qaytarmaq lazım olduğunu çatdırıb. Rasoyev Amirlə razılaşsada pulu çatdırmayıb.


Roman Rasoyev

İki avtoriteti təsadüfən Yeni il axşamı Moskvada Böyük teatrla yanaşı ticarət mərkəzində qarşılaş. Bu zaman Roman Rasoyev azərbaycanlı tanışı “Vaqif Bakinski”ləqəbli Vaqif Süleymanovla alış-verişi edirmiş. Amir də təsadüfən öz mühafizəçiləri ilə birlikdə orada olub. Dağıstanlı avtoritet ona yaxınlıqdakı bara gedib danışmağı təklif edir. Lakin tərəflər arasında söhbət alınmayıb. Amir əvvəlcə Rasoyevun sifətinə yumruğ zərbəsi vurub. Daha sonra onu təpikləməyə başlayıb. “Vaqif Bakinski” məsələyə müdaxilə etməyib. Amir mühafizəçiləri ilə birlikdə ticarət mrkəzini tərk edib, Rasoyevi isə bir neçə sınıq xəsarəti ilə xəstəxanaya yerləşdiriblər.


Vaqif Süleymanov

Hüquq-mühafizə orqanlarındakı mənbə Rasoyevin döyülməsinin kriminal aləmdə vəziyyəti gərginləşdirməyəcəyini ehtimal edib. “Ded Xasan”ın ölümündən sonra onun mövqelər xeyli zəifləyib. Çətin ki, kimsə qorxunc Amirlə üz-üzə gəlməyə cəsarət etsin. Avtoritetlər arasında hökm sürən nisbi sakitliyi başqa hadisə poza bilər. Bu ilin əvvəllərində nüfuzlu “vor zakon” Merab Canqveladzeni (“Merab Suxumski”) İtaliya həbsxanasından buraxılacağı gözlənilir.



Merab Canqveladze reket, saxta sənədlərdən istifadə, çirkli pulların yuyulması ittihamları ilə 4 il həbs cəzası alıb və cəzasının yarısını çəkib. İtaliya qanunlarına görə, onun azadlığa çıxması mümkündür. “Merab Canqveladze” Tariel Oniani ilə (“Taro”) “Ded Xasan”a qarşı çıxan qruplaşmaya başçılıq edib. Bu qruplaşmanın lideri isə “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevdir. “Merab” və “Taro” arasında telefon danışığından məlum olub ki, onlar 2012-ci ildə qətlə yetirilən “Ded Xasan”ın vurulmasına hökm veriblər. "Bu bizim hamımız üçün ad günüdür. Biz irəli yüz addım atdıq", - deyə "kriminal generallar" telefon danışığlarında seviniblər.


Rövşən Canıyev

“Ded Xasan”ın ölümündən sonra nüfuzlu avtoritet “Şakro Molodoy” (Zaxari Kalaşov) İspaniya həbsxanasından buraxılıb və onun yerini tutub. 2014-ci il dekabr ayında “Şakro Molodoy” İrəvanda genişmiqyaslı yığıncağ keçirərək Usoyanın öldürülməsinə görə günahkar olanlar Merab və Taronun cəzalandırmağını təklif edib. Bu səbəbdən Merab və Taronun azadlığa çıxması kriminal aləmdə münasibətləri gərginləşdirəcək. Gözlənilir ki, Merab azadlığa çıxandan sonra Türkiyəyə “Rövşən Lənkəranski”nin yanına gedəcək. İstanbulda həmçinin onun tərəfdarlarının böyük qrupu: Roin Uqlava (Mateeviç), Antimoz Kuxilava (Antimos), Merab Baxiya (Baxa-Baxa) və s yaşayır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368954

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR