Türkiyə sahillərində 34 miqrant batdı

Türkiyə sahillərində 34 miqrant batdı
21:52 5 Yanvar 2016
18 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyənin Egey sahillərində tapılan miqrant meyitlərinin sayı 34-ə çatıb.  
Milli.Az APA-ya istinadən bildirir ki, bundan əvvəl 21 mühacirin meyitinin tapıldığı bildirilmişdi. Məlumata görə, Yunanıstanın Lesbos adasına getmək istəyən miqrantların bir neçə qayığı aşıb. İlkin məlumata görə, söhbət iki insidentdən gedir. Qayıqların və onların göyərtəsində olan miqrantların dəqiq sayı məlum deyil.
 
Meyitlər iki müxtəlif yerdə aşkarlanıb. 24 cəsəd Balıkəsir vilayətinin Ayvalık şəhərinin sahil rayonunda, daha 10  nəfərin meyiti isə İzmir vilayətinin Dikili şəhəri sahillərində aşkar edilib.
 
Məlumata görə, birinci insidentdə ölənlərin İraq, Əlcəzair və Suriya vətəndaşları olduğu bildirilir, ikinci insidentin qurbanlarının vətəndaşlığı barədə məlumat verilmir.
 
Axtarışlar davam etdirilir.  Əməliyyata qayıqlar və helikopter cəlb olunub.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395266.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR