Dünya Turizm Təşkilatı Böyük İpək Yolunu inkişaf etdirməyə çağırır

Dünya Turizm Təşkilatı Böyük İpək Yolunu inkişaf etdirməyə çağırır
22:03 5 Yanvar 2016
23 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC 
Dünya Turizm Təşkilatı (DTT) mədəni turizmə həsr olunmuş yeni məruzəsini açıqlayıb. Sənəddə müasir dövrün ən maraqlı və populyar turizm marşrutlarından və ölkələrin iqtisadi inkişafında turizmin rolundan söz açılır.
AZƏRTAC xəbər verir ki, məruzənin fəsillərindən biri “İpək Yolu” layihəsinə həsr olunub. DTT bununla diqqəti əfsanəvi marşruta, o cümlədən onun Avropa hissəsinə cəlb edir.
DTT ekspertləri vurğulayırlar ki, dünya iqtisadiyyatının ən sürətlə inkişaf edən sahələrindən biri olan turizm inkişaf etməkdə olan, o cümlədən ərazisindən Böyük İpək Yolu keçən ölkələr qarşısında yeni imkanlar açır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dunya_Turizm_Teskilati_Boyuk_Ipek_Yolunu_inkisaf_etdirmeye_chagirir-916308

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR