Mendeleyev cədvəlində 113-cü elementi ilk kəşf edən yaponlar sayılıb

Mendeleyev cədvəlində 113-cü elementi ilk kəşf edən yaponlar sayılıb
22:18 5 Yanvar 2016
48 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 5 yanvar, AZƏRTAC
Yaponiya hökuməti elan edib ki, Fizika-Kimya Tədqiqatları İnstitutu rəsmi surətdə Mendeleyev cədvəlində 113-cü elementi ilk kəşf edən sayılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, müəllifliyə Rusiya və ABŞ mütəxəssisləri də iddialı olublar, amma beynəlxalq nəzəri və tətbiqi kimya və fizika İttifaqlarının birgə komissiyası belə qənaətə gəlib ki, yapon alimlərinin əldə etdiyi yeni elementin sintezi daha mötəbərdir. Bu element professor Koske Moritanın başçılıq etdiyi bir qrup fizikin 2004, 2005 və 1012-ci illərdə apardığı eksperimentlər zamanı əldə olunub.
113-cü elementə hələlik ad verilməyib, amma onun “yaponium” adlandırılması ehtimalı çox yüksəkdir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR