Moldovanın sabiq baş nazirinin həbs müddəti uzadılıb

Moldovanın sabiq baş nazirinin həbs müddəti uzadılıb
22:37 5 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 5 yanvar. REPORT.AZ/ Korrupsiya əməllərində ittiham olunan Moldovanın sabiq baş naziri, Liberal-Demokrat Partiyasının sədri Vladimir Filatın həbs müddəti yenidən uzadılıb.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin oktyabr ayında həbs olunan Filat həbsxanada daha 90 gün keçirəcək.
Prokuror Adriana Betsişor bildirib ki, sabiq hökümət başçısı azadlığa buraxılsa istintaq prosesinə təsir edə bilər.
Moldova Baş prokurorluğu Vladimir Filatın maliyyə-bank sistemindən 1 mlrd dollaradək vəsaitin mənimsəməsində təqsirli olduğunu iddia edir.
Qeyd edək ki, bundan əvvəl müxalifətin etirazları fonunda parlament Filatın deputat toxunulmazlığını ləğv edib.
İttihamın sübuta yetiriləcəyi təqdirdə Vladimir Filat 15 il həbs cəzasına məhkum ediləcək.   

Xəbərin orijinal ünvanı: http://report.az/ask/moldovanin-sabiq-bas-nazirinin-hebs-muddeti-uzadilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR