İran daha bir qorxulu sirrini açdı - FOTO

İran daha bir qorxulu sirrini açdı - FOTO
23:05 5 Yanvar 2016
52 Digər
Ölkə mətbuatı
A- A+

İran "İslam İnqilabı Keşikçiləri Korpusu"nun ("Pəsdəran") daha bir yeraltı raket bazasının fotolarını yayıb.
Milli.Az Tasnim-ə istinadən bildirir ki, ölkə parlamentinin spikeri Əli Laricani bu bazaya baş çəkib. Spikeri "Pəsdəran"ın Hərbi-Hava Qüvvələrinin komandiri, briqada generalı Əmir Əli Hacızadə müşayiət edib.
Bazadakı avtoplatformalarda uzaq mənzilli "Emad" ballistik raketləri var. "Emad" ötən ilin oktyabrında uğurla sınaqdan keçirilib.
İran bu yeraltı raket bazalarından birini ötən ilin oktyabrında ilk dəfə nümayiş etdirmişdi. Həmin baza 500 metr dərinlikdə yerləşir.
Milli.Az






Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395512.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR