Eldar Sabiroğlunun oğlu Baş Prokurorluğa çağırıldı

Eldar Sabiroğlunun oğlu Baş Prokurorluğa çağırıldı
23:16 5 Yanvar 2016
30 Digər
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun prokurorluq orqanlarından çıxarılan oğlu Rüfət Səfərov Baş Prokurorluğa çağırılıb.

ANS PRESS-in məlumatına görə, bu barədə Səfərov “facebook” səhifəsində məlumat verib.

“Deməsinə görə, icraatımda olan bir neçə material və cinayət işində qanunazidd hallar müəyyən edilib. Odur ki, izahat vermək zərurəti yaranıb. Hazırda həmin müəllim mənim zəngimi gözləyir. Zaur müəllim və digər məsul vəzifəli şəxslərdən soruşuram, rayon prokurorluğunda kompleks yoxlama aparılarkən məni dinləməmiş, izahatımı almamış xaric olunmağım barədə hazır əmri təqdim edirsiniz, sonra məndən izahat tələb edirsiz? Hansı statusda? Mən ki, prokurorluq orqanlarının əməkdaşı deyiləm. Zəhmət çəkin, bir daha Cinayət Prosessual Məcəlləsinə nəzər salın. Tərəfimdən əsassız və qanunsuz hər hansı qərar qəbul olunmuşsa, səlahiyyətlərinizdən istifadə edərək ləğv edin və əlavə araşdırmanın aparılması məqsədilə müvafiq qaydada göndərim. Zaur müəllim, zəhmət çəkib məni gözləməyin” - deyə keçmiş müstəntiq bildirib.



Baş Prokurorluğun mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric olunub.


Baş Prokurorluğun binası

Bildirilir ki, icra və əmək intizamının, eləcə də prokurorluq əməkdaşlarına qarşı tələbkarlığın vəziyyətinin aşağı səviyyədə olması ilə əlaqədar hazırda Baş Prokurorluğun müvafiq komissiyası tərəfindən Zərdab rayon prokurorluğunun fəaliyyəti kompleks şəklində yoxlanılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=368961

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR