Azərbaycanlı müğənni məşhur xanımı ilə Vyanada - FOTO

Azərbaycanlı müğənni məşhur xanımı ilə Vyanada - FOTO
23:17 5 Yanvar 2016
79 Digər
Ölkə mətbuatı
A- A+

Bir neçə gün öncə Rusiyanın tanınmış opera müğənnisi Anna Netrebko ilə toyu olan 38 yaşlı azərbaycanlı müğənni, tenor Yusif Eyvazov ailəsi ilə Vyanada istirahət edir.

Milli.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 44 yaşlı Anna Netrebko yoldaşı və uruqvaylı bariton Ervin Şottla nikahından olan 7 yaşlı oğlu Tyaqo ilə olan fotolarını sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, cütlüyün nikahı dekabrın 29-da Vyananın dəbdəbəli "Hofburq" sarayında baş tutub.

Mərasimdə səfir Polad Bülbüloğlu və ailəsi, eyni zamanda nazir Əbülfəs Qarayev və bir çox başqa musiqiçilər, bəstəkarlar, müğənnilər iştirak edib.
Milli.Az





RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR