Xəndəkləri o ölkə qazdırır

Xəndəkləri o ölkə qazdırır
23:52 5 Yanvar 2016
29 Digər
Ölkə mətbuatı
A- A+

Molla Mustafa Bərzanini İraq "Muhaberat"ının sui-qəsdindən xilas edən, Hafiz Əsədi iraqlı kürdlərlə görüşdürən  və Qərb mediasının "Kürdüstanın Ceyms Bondu" adlandırdığı İbrahim Gabari "Əl-Cəzirə" kanalına maraqlı açıqlamalar verib.
 
Milli.Az publika.az-a istinadən xəbər verir ki, ailə mənşəyi Türkiyədən olan İraq vətəndaşı Diyarbəkr, Nusaybin və Cizrədə xəndəklərin qazılmasının təsadüf olmadığını, xəndəklərin İranın təlimatı ilə qazıldığını söyləyib.
 
"Mən bir kürdəm və xalqımın hüquqlarını Türkiyədə, Suriyada, İraqda və hər yerdə müdafiə edirəm. Ancaq kürdlərin hüquqlarının müdafiəsi bəhanəsi ilə ortaya çıxan və kürd xalqının əsl düşmənlərindən olan İran ilə əməkdaşlıq edən PKK-nı qəbul etmək mümkün deyil. PKK İran və Rusiyanın maşasına çevrilib", - o, deyib.
 
İbrahim Gabari hesab edir ki, Qəndil kütləni İmralının çəkdiyi yol xəritəsindən uzaqlaşdırır: "Xalqın Öcalana hörməti böyükdür. Amma Qəndildəkilər Öcalanın yolunda deyillər, onu təsirsizləşdirmək istəyirlər. Məsud Bərzani ilə Türkiyə hansısa mövzuda razılaşan kimi İranın maşası Cəmil Bayık və PKK hərəkətə keçirlər. İndi də bunu Rusiyanın dəstəyi ilə edirlər. Söhbət hazırda neft və təbii qazın daşınması ilə bağlı Ankara və Ərbil arasında razılaşmaların əldə edildiyi bir dövrdən gedir. PKK enerji xətlərinin keçdiyi bölgələrdə "azad edilmiş bölgə" adı ilə terror aktları törədir. Qazılan xəndəklərin hər biri sülhün, kürd xalqının yoluna qoyulan bir maneədir. Xəndəkləri də İran qazdırır".
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395520.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR