Məşhur aktyor bu dəfə də evlənə bilmədi (VİDEO)

Məşhur aktyor bu dəfə də evlənə bilmədi (VİDEO)
00:56 6 Yanvar 2016
43 Şou
Ölkə mətbuatı
A- A+

Məşhur aktyor Leonardo Di Kaprio yenə də evlənə bilmədi.

ANS TV-nin məlumatına görə, aktyor Leonardo Di Kaprio model sevgilisi Kelli Rorbaxdan da ayrılıb. Hollivudun ən məşhur subayı bu dəfə də evliliyə yaxınlaşa bilməyib. Cütlüyün yaxınları deyir ki, onlar artıq bir aydan çoxdur, ayrılıblar.

Qərar hər ikisinin razılığı ilə alınıb. İşlərinin çoxluğundan bir-birinə vaxt ayıra bilməyən Kelli və Leonardo dostluq münasibətlərini saxlayıblar. Yarım il birgə olan ikili ilk dəfə iyunda birgə görünmüşdülər. Leo sentyabrın 26 -da Nyu York restoranların birində şam yeməyi zaman Kelliyə həyatının sonuna kimi bir yaşamağı və nişanlanmağı təklif edib.

Di Kaprio bu il “Sağ qalmış” filmindəki roluna görə “Ən yaxşı aktyor” nominasiyasında “Oskar”a real namizəddir.

Qeyd edək ki, 200 milyon dollar sərvəti olan, “People” jurnalı tərəfindən “Dünyanın ən yaraşıqlı 50 insanı” siyahısına düşən Leo heç vaxt evlənməyib. Aktyorun ən uzun sevgi münasibəti 4 ilə yaxın braziliyalı supermodel Jizel Bündhenlə olub lakin münasibətlər rəsmiləşmədən bitib.

İlk dəfə kamera qarşısına 2 yaşında çıxan aktyor 14 yaşından müxtəlif agentliklər ilə işləməyə başlayıb. Agentlik ona adını “daha yumşaq və amerikansayağı” səslənəcək Lenni Uilyamsa dəyişdirməyi təklif edib, lakin Di Kaprio buna razılaşmayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=368905

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR