BMT Yəməndə atəşkəsi bərpa etməyə çağırıb

BMT Yəməndə atəşkəsi bərpa etməyə çağırıb
01:37 6 Yanvar 2016
27 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ BMT Təhlükəsizlik Şurası Yəməndə vəziyyətin yenidən gərginləşməsindən narahatdır.
"Report"un "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, Təhlükəsizlik Şurasının hazırkı sədri, Uruqvayın BMT-dəki daimi nümayəndəsi Elbio Roselli bildirib ki, münaqişə tərəfləri atəşkəsi bərpa etməli və yanvarın 14-də keçirilməsi nəzərdə tutulan sülh danışıqlarının növbəti raundunda iştirak etməlidir.
"BMT TŞ hesab edir ki, tərəflər artıq təxribat və zorakılıqdan çəkinməlidir. Beləliklə, mülki əhaliyə yardımın göstərilməsi də mümkün olacaq", - deyə E.Roselli qeyd edib.
Xatırladaq ki, Yəməndə atəşkəs dekabrın 15-də elan edilmişdi. Yanvarın 2-də Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya təktərəfli olaraq bu razılaşmadan çəkildiyi bəyan etdi.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-yemende-ateskesi-berpa-etmeye-cagirib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR