Maştağada oğrular evdən 50 min manatlıq qızıl-zinət əşyaları aparıblar

Maştağada oğrular evdən 50 min manatlıq qızıl-zinət əşyaları aparıblar
03:49 6 Yanvar 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Sabunçu rayonunda ev qarət olunub. APA-nın məlumatına görə,  hadisə Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. Həsən Həsənova məxsus fərdi yaşayış evi qarət olunub. Hadisə zamanı evdə heç kim olmayıb.  Ev sahibinin sözlərinə görə, bayramlaşmaq üçün qohumları gilə getdiklərindən evdə heç kəs olmayıb. Təxminən 5 gün ərzində kimsəsiz qalan evə oğrular gəlib. Pəncərələrdən birinin dəmir barmaqlıqlarını kəsərək evə daxil olan oğrular otaqları alt-üst ediblər.

 

Ev sahibinin qohumu Südabə Məmmədovanın sözlərinə görə, oğrular evdən təxminən 50 min manatlıq qızıl-zinət əşyalarını aparıblar: "Bura qardaşımın evidir. Bacımın qızları tələbədirlər, bu evdə qalırlar. Onlar dekabrın 30-u bayrama görə rayona gediblər. Yanvarın 3-ü rayondan qayıdıblar və görüblər ki, pəncərəni sındırıb evə giriblər. Otaqların üçünü də dağıdıblar. Evdən 50 min manatlıq qızıl-zinət əşyalarını aparıblar".

 

İçəridə digər qiymətli əşyalar olsa da, oğrular pul və qızıl axtarıb. Aparılmış qızıl-zinət əşyalarının da qohum ailələrə məxsus müştərək əmlak olduğu bildirilir. Artıq oğurluqla bağlı Sabunçu RPİ-nin 14-cü polis bölməsi də məlumatlandırılıb.

 

Faktla bağlı araşdırmalar aparılır.





Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227615

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR