Zidan dostunu köməkçi gətirdi

Zidan dostunu köməkçi gətirdi
04:46 6 Yanvar 2016
38 İdman
Ölkə mətbuatı
A- A+

Madridin "Real" klubunun yeni baş məşqçisi Zinəddin Zidanın köməkçilərindən birinin adına aydınlıq gəlib.

ANS PRESS-in məlumatına görə, yeni klubunda Zidana David Bettoni köməklik edəcək.

"Real"ın prezidenti Florentina Perez Zidana istədiyi şəxsi komandaya gətirə biləcəyini bildirib. Zidan da uzun müddətdir yaxın dostu olan və "Kastilya"da birgə çalışdığı Bettonini köməkçisi təyin edib. Zidanın digər köməkçisinin klub rəhbərliyi tərəfindən müəyyənləşdiriləcəyi gözlənilir.


David Bettoni və Zidan

Qeyd edək ki, İspaniya La liqasında uğursuz günlər keçirən "Real"da Rafael Benitezin vəzifəsinə ötən gün xitam verilib. Klub prezidenti Florentino Perezin rəhbərliyi ilə keçirilən fövqəladə toplantıda idarə heyəti təcrübəli baş məşqçi ilə yollarını ayırıb. Mətbuat konfransında prezident Florentino Perez Zinəddin Zidanı komandanın yeni baş məşqçisi olduğunu açıqlayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=368969

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR