Daha bir ulduz okeanın o tayına yollanır

Daha bir ulduz okeanın o tayına yollanır
05:49 6 Yanvar 2016
23 İdman
Ölkə mətbuatı
A- A+

Kolumbiya yığmasının və “Çelsi”nin hücumçusu Radamel Falkao karyerasını ABŞ klublarından birində davam etdirə bilər. Apasport.az saytının “Mirror”a istinadən məlumatına görə, hücumçu “Kolambus Kru” klubunun maraq dairəsinə düşüb.

 

Artıq qarşı tərəf futbolçunun məxsus olduğu “Monako” ilə danışıqlara start verib. Futbolçu özü isə mövsümü icarə əsasında çıxış etdiyi “Çelsi”də bitirmək niyyətindədi.

 

O, bu mövsüm İngiltərə Premyer Liqasında 9 oyunda cəmi bir qol vurub.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227619

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR