Kiyev beynəlxalq məhkəmədə Moskvaya qarşı növbəti iddianı qaldırmağa hazırlaşır

Kiyev beynəlxalq məhkəmədə Moskvaya qarşı növbəti iddianı qaldırmağa hazırlaşır
05:57 6 Yanvar 2016
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 6 yanvar. REPORT.AZ/ Rusiyanı terrorçuluğa dəstək verməkdə ittiham edən rəsmi Kiyev şimal qonşusunu qarşı BMT-nin Beynəlxalq Məhkəməsində iddia qaldırmağa hazırlaşır.
"Report"un “Lenta.Ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın Ədliyyə naziri Pavel Petrenko məlumat verib.
Nazirin sözlərinə görə, iddia ilə bağlı sübutlar artıq toplanıb və hazırda Kiyev ilə Moskva arasında məhkəməyəqədər komunikasiya prosesini davam etdirilir.
Qeyd edək ki, hazırda beynəlxalq məhkəmələrdə Ukraynanın Rusiyaya qarşı bir neçə şikayətinə baxılır.
Rəsmi Kiyev Krım və Donbasda yaşanan hadisələrlə bağlı Rusiyadan 50 milyard dollar həcmində təzminat tələb edir. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR