Neftin qiyməti ucuzlaşır

Neftin qiyməti ucuzlaşır
06:01 6 Yanvar 2016
81 Digər
Ölkə mətbuatı
A- A+

Dünya bazarında neftin qiymətində yenidən cüzi ucuzlaşma müşahidə edilib. ANS PRESS-in məlumatına görə, hazırda dünya bazarlarında “Brent” markalı neftin qiyməti ucuzlaşaraq 36.65 dollara düşüb.

“Texas” markalı neftin qiymətində də cüzi dəyişiklik olub. Birjalarda hazırda “Texas” (WTI) markalı neftin bir barelinin qiyməti 36.21 dollar olub.


Mənbə: Bloomberg

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,59 dollar ucuzlaşaraq 37,64 dollar təşkil edib.

Qızılın qiymətində də cüzi ucuzlaşma müşahidə edilib. Bu günə olan rəsmi məlumata görə, qiymətli metalın 1 qramı 34,63 dollardır. Gümüşün qiyməti 1 qram üçün 0.44 dollar müəyyənləşib.


Mənbə: Bloomberg

Milli valyutamız olan manatın məzənnəsi avro və dollar qarşısında öz dəyərini itirməyə davam edib. Ötən gün Azərbaycan Mərkəzi Bankının açıqldığı məzənnə siyasətinə görə, son rəsmi məzənnə belədir: 1 dollar - 1.5610 AZN, 1 avro 1.6895 AZN, 1 rubl 0.0215 AZN olub.


Mənbə: Azərbaycan Mərkəzi Bankı

Həmçinin Azərbaycan Mərkəzi Bankı ötən axşam ABŞ dollarının bu günə (06.01.2016) olan məzənnəsini açıqlayıb. Məlumata görə, 05.01.2016-cı il tarixində banklararası valyuta bazarında keçirilmiş əməliyyatlar üzrə orta çəkili məzənnə 1,5626 təşkil edib. Bununla, AMB-nin 06.01.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5626 səviyyəsində müəyyən olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=368979

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR