"Yahoo" rəqibinə məğlub oldu

"Yahoo" rəqibinə məğlub oldu
06:26 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

“Yahoo” şirkəti “Yahoo Screen” xidmətini bağlayıb. ANS PRESS-in məlumatına görə, buna səbəb, şirkətin “YouTube” və “NetFlix” portalları ilə rəqabət apara bilməməsi olub. Rəsmilər "Yahoo Screen" saytının kifayət qədər izləyici toplamadığını bildiriblər.

Şirkətin baş direktoru Marissa Mayer 16 ay əvvəl yeni xidməti istifadəçilərin öhdəliyinə vermişdi.

“Daimi olaraq məhsullarımıza nəzarət edir və onları yeniləyirik. Video portalda istifadəçilər üçün yüksək səviyyədə təcrübə yaratmağa çalışırıq.” – deyə Marissa Mayer bildirib.

“Yahoo Screen” bağlandıqdan sonra video kontentlərini vebsayt vasitəsi ilə yayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR