“Azərros”un növbədənkənar qurultayı təyin olunub

“Azərros”un növbədənkənar qurultayı təyin olunub
16:19 30 Dekabr 2014
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyada fəaliyyət göstərən “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin növbədənkənar qurultayının vaxtı müəyyən olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, növbədənkənar qurultay 2015-ci il yanvarın 17-də keçiriləcək.

 

Qeyd edək ki, bir müddət əvvəl Federal Milli Mədəni Muxtariyyətin bir qrup üzvü növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü ilə çıxış edib. Qurultaya hazırlıq işlər ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Tahir Hacıyevin imzası ilə “Azərros”un Federal Şurasının sədri Mehriban Sadıqovaya və “Azərros”un prezidenti Asif Məhərrəmova ünvanlanan məktubda növbədənkənar qurultay keçirmək istəyən şəxsləri bu addıma vadar edən səbəblərdən bəhs olunub. Bildirilib ki, onların narazılığına başlıca səbəb qurumun prezidenti A. Məhərrəmovun fəaliyyəti və davranışıdır. Konkret olaraq? “Azərros”un fəxri prezidenti Söyun Sadıqov və Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun xahişi ilə A. Məhərəmovun qurumun rəhbəri seçilməsindən sonra “Azərros”un 2 il ərzində münaqişə, intriqa və şayiələr məkanına çevrildiyi vurğulanıb. Məktubda A. Məhərrəmovun “Azərros”u dağıtdıqdan sonra azərbaycanlıların digər təşkilatlarının məhvinə başladığı, habelə onun səyi nəticəsində 1998-ci ildən azərbaycanlıların Rusiya və digər ölkələrdəki fəaliyyəti haqqında audio-video materialların, habelə “Azərros”un bütün arxivinin məhv edildiyi bildirilib.

 

Xatırladaq ki, "Azərros"a əvvəllər Söyün Sadıqov rəhbərlik edib. Daha sonra isə S. Sadıqov təşkilat rəhbərliyindən istefa verib. 2013-cü il yanvarın 25-də təşkilatın V qurultayı keçirilib. Qurultayda Ağsaqqallar Şurası yaradılıb. Ağsaqqallar Şurasına Abbas Abbasov, qurumun sədri vəzifəsinə isə Asif Məhərrəmov seçilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR