Bakıda ev 83 yaşlı sahibi ilə birlikdə yandı

Bakıda ev 83 yaşlı sahibi ilə birlikdə yandı
07:32 6 Yanvar 2016
19 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda bir nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Yasamal rayonunda 1933-cü il təvəllüdlü Bibixanım Məhəmmədrəhim qızı Rəhimovaya məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib.  Nəticədə evin yanar konstruksiyaları 55 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı ev sahibi B.M. Rəhimovanın yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR