Zaqatalada ev yandı

Zaqatalada ev yandı
08:22 6 Yanvar 2016
71 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az APA-ya istinadən bildirir ki, yanğın hadisəsi bu gün saat 02 radələrində rayonun Yuxarı Tala kəndində, kənd sakini Feyzullah Teymurxanova məxsus, ümumi sahəsi 260 kv. m olan ikimərtəbəli fərdi yaşayış evində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində ev  içərisindəki ev əşyaları ilə birlikdə yanaraq yararsız hala düşüb. Yanğın baş verən zaman ev sahiblərindən evdə heç kim olmayıb. Yanğın zamanı xəsarət alan yoxdur.
 
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/395537.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR