Türkiyədə saxlanılan jurnalist buraxıldı

Türkiyədə saxlanılan jurnalist buraxıldı
08:27 6 Yanvar 2016
22 Digər
Ölkə mətbuatı
A- A+

Terrorçuluq ittihamı ilə 4 ay Türkiyədə həbsxanada saxlanılan Britaniyanın "Vice News" telekanalının jurnalisti İraq vətəndaşı Məhəmməd İsmayıl Rəsul azadlığa buraxılıb. 
Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə telekanalın yaydığı məlumatda bildirilir.  
 
Qeyd edək ki,  Məhəmməd İsmayıl Rəsul avqustun sonlarında iki həmkarı (müxbir Ceyk Xanraxan və operator Filip Pendlberi) ilə birlikdə Silvan şəhərində tətbiq edilən komendant saatına etiraz edən yerli sakinlərin aksiyasını çəkiliş edərkən saxlanılıb. Diyarbəkir  şəhər məhkəməsi Xanraxan və Pendlberini terrorçuluğu dəstəkləməkdə və PKK təşkilatı ilə əlaqədə olmaqda ittiham edib, lakin sonradan onlar azad edilərək vətənlərinə deportasiya olunublar.
 
"Müxbir Məhəmməd Rəsul yanvarın 5-də girov müqabilində 131 gün saxlanıldığı həbsxanadan azadlığa buraxılıb. Xanraxan və Pendlberi saxlanıldıqdan 11 gün sonra azadlığa buraxılıblar.  Məhəmməd Rəsul terror təşkilatının dəstəkləməkdə günahlandırılaraq dörd aydan çox həbsdə saxlanılıb", deyə telekanalın məlumatında bildirilir. 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR