Suriyanın müxalifət liderləri BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan de Misturaya rəsmi Dəməşqin etimadın artırılması istiqamətində addımlar atmasının lazım olduğunu bildiriblər. Milli.Az APA-ya istinadən bildirir ki, Suriyanın müxalifət liderləri rəsmi Dəməşqdən danışıqlara başlamazdan əvvəl həbs edilənlərin azadlığa buraxılmasını və dinc əhalinin yaşadığı ərazilərə zərbələrin endirilməməsini tələb ediblər.
Agentliyin məlumatına görə, müxalifət liderlərinin müzakirəyə çıxardığı tələblər BMT Təhlükəsizlik Şurasının dekabrın 18-də qəbul etdiyi qətnaməyə uyğundur. Bu qətnamə Suriya böhranının dinc yolla nizamlanma prosesinin beynəlxalq "yol xəritəsi"ni dəstəkləyib.
Milli.Az