Kerri İranla Səudiyyəni barışdırmaq istəyir

Kerri İranla Səudiyyəni barışdırmaq istəyir
08:52 6 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ  baş katibi Con Kerri ötən sutka ərzində bir neçə dəfə İran və Səudiyyə Ərəbistanı arasındakı yaranmış gərginliyi aradan qaldırmaq üçün hər iki ölkənin nümayəndələri ilə danışıqlar aparıb. Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.
 
Kirbi  Con Kerrinin təmasları davam etdirmək niyyətində olduğunu vurğulayıb.
 
"Əsas məqsəd sakitliyi bərpa etmək və vəziyyəti ikitərəfli qaydada nizamlamaqdır", deyə Kirbi bildirərək, ABŞ-ın "baş verən hadisəni araşdırmaq" və ya "öyüd-nəsihət vermək" niyyətində olmadığını  əlavə edib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələri kəsdiyini bəyan edib. Tehranla Ər-Riyad arasındakı münasibətlərin gərginləşməsinə səbəb şiə din xadimi, vaiz Nimr ən-Nimrin Səudiyyə Ərəbistanında edam edilməsi olub. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/395529.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR