Ronaldu Messini qabaqladı

Ronaldu Messini qabaqladı
09:42 6 Yanvar 2016
39 İdman
Ölkə mətbuatı
A- A+

2015-ci ilin ən məhsuldar oyunçularının siyahısı açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, İFFHS-in (Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası) tərtib etdiyi planetin ən güclü 60 liqasının bombardirləri cədvəlinə Kriştianu Ronaldu başçılıq edir.

İspaniya "Real"ının portuqaliyalı legioneri 48 qola imza atıb. "Barselona"nın argentinalı futbolçusu Lionel Messi 42 qolla 2-ci olub. Fransa "Marsel"inin üzvü Aleksandr Lakazette 27 dəfə fərqlənib. 4-cü pillədə 26 qol vuran Serxio Aquero ("Mançester Siti") yer alıb. İlk "onluq"da hərəyə 22 qol vuran 6 futbolçu da yer alıb. Bunlar Neymar ("Barselona"), Antuan Qrizzmann ("Atletiko"), Luka Toni ("Verona"), Fernandao ("Bursaspor"), Memfis Depay (PSV) və Mauro İkardidir ("İnter").
 
Qeyd edək ki, bu göstəricidə rekord 2002/03 mövsümündə Meksika çempionatına 58 qol vuran paraqvaylı Xose Saturano Kardosoya məxsusdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/395565.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR