"Liverpul" finalın bir addımlığında - VİDEO

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinə start verilib.


Metbuat.az-ın məlumatına görə, "Stok Siti" "Liverpul"u qəbul edib. "Britaniya" stadionunda oynanılan və Entoni Teylorun idarə etdiyi matçın 37-ci dəqiqəsində hesab açılıb. Co Allenin ötürməsindən sonra Cordan Ayb fərqlənib. Qalan dəqiqələr ərzində hesab dəyişməyib. Səfərdə qələbə qazanan "Liverpul" cavab görüşü öncəsi böyük üstünlük əldə edib.

İngiltərə Liqa Kuboku

Yarımfinal, birinci oyun

"Stok Siti" - "Liverpul" - 0:1

Qol: Ayb, 37

Baş hakim: Entoni Teylor

Stok-on-Trent, "Brittaniya" stadionu

"Liverpul"un heyətində 18-ci dəqiqədə Filippe Koutinyo, 34-cü dəqiqədə isə Deyan Lovren zədələnərək meydanı tərk ediblər.

"Liverpul""Stok Siti" arasındakı cavab görüşü yanvarın 26-da "Enfild" stadionunda oynanılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR