"Bu mahnını efirdə oxuyanda kövrəlirəm" - video

"Bu mahnını efirdə oxuyanda kövrəlirəm" -  video
09:51 6 Yanvar 2016
Ölkə mətbuatı
A- A+

Müğənni Murad Arif 2016-cı ildəki ilk klipini təqdim edib.

Axşam.az-ın məlumatına görə, ifaçı ekran işini İsveçrədə lentə aldırıb. “Sevgililər” adlı mahnıya çəkilən klipin rejissoru əslən azərbaycanlı olan İsveç rejissoru Tərlan Muxtarovdur.

M.Arif yeni işinin onun ən təsirli klipi olduğunu vurğulayıb:

"Bu mənim ən təsirli mahnim və ən təsirli videomdur. Dəfələrlə bu mahnını efirlərdə oxuyarkən kövrəlmişəm. Bu səbəbdən də onu efirlərdə oxumuram. Həm də efirlərimizdə belə dərin mahnılara demək olar ki, yer yoxdur. Ona görə də mahnını kliplə sevdirmək qərarına gəldim. Rejissor Tərlan Muxtarov sayəsində tamamilə istədiyim bir görüntü ala bildik. Bu layihəmlə fəxr edirəm".

Qeyd edək ki, M.Arif "Sevgililər"i dünya şöhrətli rəssam Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın sifarişi ilə yazıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR