"Mançester Yunayted" "Real"ın ulduzuna görə 75 milyonundan keçməyə hazırdır

"Mançester Yunayted" qış "transfer pəncərəsi"ndə "Real"ın yarımmüdafiəçisi Qaret Beyli heyətinə qatmaq istəyir.

Metbuat.az "The Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" uelsli futbolçunun qarşılığında klubuna 75 milyon funt ödəməyə hazırdır. Mənbənin yazdığına görə, Lui van Qalın yerinə əsas namizəd olan Rayan Qiqqz həmyerlisini razı salmağa çalışır.

Beyl Rafael Benitesin istefasını yaxşı qarşılamayıb. Bu səbəbdən ulduz futbolçunun yenidən adaya qayıtma ehtimalı yüksək qiymətləndirilir.

Qaret Beyl 2013-cü ildə 85 milyon funt müqabilində "Tottenhem"dən "Real"a transfer olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR